dini radikalizm və ekstremizmlə mübarizə

Murad Ərturanın poeziya dünyası


Yaşımın üstünə bir yaş gəldikcə,
Qocalıq küləyi darar telimi.
Bir göz qırpımında illər ötdükcə,
Gənclik üz döndərir, tutmaz əlimi.

Ömür karvan kimi keçir iz salıb,
Sevinc də, həsrət də olub həmdəmim.
Hələ yaşanmamış çox illər qalıb,
Ruhumda qonaqdır bir ilham pərim.

Payız yarpağıtək tökülsə illər,
Kövrəlsə də hərdən arzu, diləyim.
Şükür ki, bağçamda solmayıb güllər,
Sevgilə döyünür hələ ürəyim.

Əyməz qamətimi yaş ağırlığı,
Şərəflə bir ömür yaşamışam mən.
Qəlbimdə Tanrı var, Allah varlığı,
Dilimdə Şükürü saxlamışam mən

Arxada buraxıb getdiyim yollar,
Günahtək arxamca hey sürünürmüş,
Saçlara dən düşsə, ruh cavan qalar,
Əsl ömür sevgiylə keçən ömürmüş.

Bu gün əlli birin çırağı yansın,
Keçmişə minnətdar, sabaha inam.
Tanrı ömür versin, könlüm sınmasın,
Sevgi ilə dolsun hər yeni axşam.

Qocalıq uzaqdan baxır səssizcə,
Sabaha baxıram ümidlə dolu.
Həyatdan doyarmı mən Murad, sizcə,
Şərəflə yaşadım bu ömür yolu.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR