dini radikalizm və ekstremizmlə mübarizə

Dəyərli dost ...


Bu günlərdə yubiley yaşını qeyd eyləyən dəyərli şairimiz,gözəl insan Ədalət Qafarov ( Əroğlu) üçün...

Nə qədər yazsam da ,əlim yorulmaz,
Şəninə söz desəm,dilim yorulmaz,
O yerlər cənnətdir,elim yorulmaz,
Unuda bilmirəm mən səni,ellər.

Bülbül həsrət ilə oxuyur bəmdən,
Düşündüm,oxuyur görəsən nədən?
Bəlkə ayrı düşüb ,o da Vətəndən,
Unuda bilmirəm mən səni ,əllər.

Qəm oxudun ürəyimə toxundun,
Vətən adlı həsrətimə toxundun.
Aylar keçdi,illərimə toxundun,
Unuda bilmirəm mən səni ellər.

Ədalət,bu zülmə dözüb,yorulma,
Getdiyin bu yoldan bezib,yorulma,
Baş əymə düşmənə,naümid olmaq,
Unuda bilmirəm mən səni ellər...


Bu misralar sevimli insan,gözəl şairimiz Ədalət müəllim Əroğluya məxsus .Elinə ,vətəninə bağli bir insanın nə boyda qəlbi,ürəyi varmış...

Hər dəfə yolum Sumqayıt şəhərinə düşəndə çalışmışam ki, Ədalət müəllimlə ğörüşüm .Əziz dostum,həmkəndlimiz ,şair Kəramət Əmirli ilə birlikdə onun çalışdığı Tədris mərkəzində qonaq oluruq.Çox səmimi insandı Ədalət müəllim.Sumqayıt şəhərində fəaliyyət göstərən Poeziya evində keçirilən bir çox tədbirlərdə yenə də şairimizlə görüşmək qismətim olub ."Oyanan ruhlar" şeirlər kitabını mənə hədiyyə etmişdi.O kitabı sevə sevə oxuyuram...

Mən Ədalət müəllimin ad günündən,daha doğrusu bu gün xəbər tutmuşam.Dostlarımın ad günləri mənim səhifəmə nədənsə gəlmir.Mən yalnız paylaşımlardan bilirəm ki,kimlərin ad günüdür.

Sumqayıt ədəbi mühitində onun ayrıca imzası var .Şəhərin ictimai -siyasi həyatında Ədalət müəllim də az iştirak etməyib .O hətta Bələdiyyə seçkilərinə,

Millət vəkilliyinə namizədliyini bir neçə dəfə veribdir .Çalışqan, bacarıqlı bir insan kimi hər kəsin də hörmətini qazanmışdır.

Ədalət müəllim həm də istedadlı şairdir.Şeirləri müntəzəm çap edilir.Bir neçə şeirlər kitabının müəllifi kimi oxucular tərəfindən sevilib,seçilib...

Ədalət müəllim ömrün ən gözəl,müdrik yaşına yetişib.Allah can sağlığı,bərəkətli ömür versin .

Bir iki gün geciksəm də özümə borc bildim ki,əziz ,dəyərli insanı,şairimizi təbrik edim.Allahın izni ilə bir gün yenə də Ədalət müəllimlə ğörüşmək qismətimiz olar...

Xətri mənim üçün əziz olan Ədalət müəllim bir daha təbrik edirəm.Yazın,yaşayın biz dostlarınız da buna sevinsin...

18.04.2026.
Yardımlı

Oxunub: 46
Oxşar xəbərlər
SON XƏBƏRLƏR