Xəbər verdiyimiz kimi Avrasiya Teatrlar Blirliyinin, Portuqaliya Mədəniyyət Nazirliyinin, CTB - Comphania de Teatro de Braga və Braga şəhər Bələdiyyəsinin birgə keçirdiyi və 8 fərqli ölkə teatrlarının 19-27 iyul 2024-cü il tarixlərində iştirak etdiyi “III BEYNƏLXALQ TEATR FESTİVALI”nda Azərbaycanı Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi rejissor Tural Vaqifoğlunun quruluşnda E. İoneskonun “Kral ölür” tamaşası ilə təmsil edib. Artıq Festival öz işini yekunlaşdıraraq nominasiyaları bəlli olub. Bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib.
Onun sözlərinə görə, “Beynəlxalq Teatr Festivalında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə iştirak edən Gəncə Dövlət Milli Dram Teatrı “Ən yaxşı tamaşa geyimi” və festivalın “QRAN-PRİ” mükafatına layiq görülüb. Qeyd edim ki, tamaşada əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Güntəkin Mehdiyeva və Ruslan Hüseynov iştirak edirdilər” – deyərək Anar Ərtoğrul Burcəliyev bildirib.
Esmira Hidayətova
Oxunub: 326