dini radikalizm və ekstremizmlə mübarizə

"Matroşka və ya kicilən sevgilər"


Dünən Musiqili Komediya teatrının səhnəsində Tuncar Cucənoğlunun Matroşka pyesi əsasında QADINIM tamaşasının növbəti numayişi oldu. Teatr aləmində boyuk rezonans doğuran bu tamaşa mənim də marağımdan yan kecmədi. ..Növbəti sevgi ucbucağı... Qadın sevir, kişi ailəlidir, amma sevgiyə ehtiyacı var, sonda kişi ürəyinin yox, ağlının səsinə qulaq asır və ailəsini seçir. Əslində qeyri adi hec nə yoxdur. İlk baxışdan belədir. Amma dərin qatlara baş vursaq ən kövrək, ən zərif psixologiyaya malik bir qadının mənən parcalanmasını, inamının itməsini və nəhayət yalnızlar limanında daha bir insanın artmasını görərik. Bəli məhz yalnızlar limanında..Son dayanacaq..son təsəlli.
Baxın kişi tez unutmağa qadirdir bəlkə də, amma qadın fiziologiyası elədir ki aldığı mənəvi travmanın sağalması ya illərlə cəkir..ya da bitmir..
Tamaşa sanki film tamaşadı,muzikalıdı,,melodramadı ..Nə ad versək nəticə etibarilə butun muasir tandemləri özündə birləşdirən, tamaşacını bir an belə darıxmağa qoymayan, boyuk ekranda görduyumuz köməkçi kadrları ilə daha effektli,canlı təsirə malik olan bir sənət numunısi ortaya cıxır.
Rejissor İradə Gözəlova tamaşaya maraqlı quruluş verib. İşıq gözu yormur, pərdənin tullərlə əvəz olunması fikri də cox maraqlı tapıntıdır, Qadın kişi münasibətləri incə ştrixlərlə təqdim olunur, İntim yaxınlaşmalar belə sevgiylə müşayiət olunur. Qadın klassik geyimlərdə daha cazibədardı. Kişi eleqantdı. Tamaşaya az qala gözüyumulu baxsaq belə qadın rejissorun dəst xəttini hiss edərik. Tamaşa boyu qadın sevgisi,qadın ehtirası,qadın iztirabları qırmızı xəttlə verilir.
Ekranla səhnənin vəhdət halına gəlməsi, ayrı ayrı səhnələrin daha effektli olmasına birbaşa şərait yaradır. Oyun icində oyun izləyirsən...Tamaşada boyuk bir yaradıcı heyət calışır. Xor ifalarını təqdim edir. Müxtəlif epizodlarda aktyorların oyunu umumi fikri tamamlayır. Adlarını cəkməsək də əməyi kecən hər kəsə təşəkkurumuz var.
Və məncə əsas iki aktyor oyununa toxunaq ki bu da vacib şərtdi.
Aktrisa Gultac Əlili əvvəla görünüşü ilə yadda qalır, sonra səlist səs tembrini. kəşf edirsən, sonra da oxuduğu mahnılara valeh olursan. Bəlkə qadın mükəmməlliyi elə budur? Aktrisa obrazını səhnədə yaşayır, ona qadın kimi doğma olan hissləri sanki rəssam kimi cəkib bizə öturur. Ehtiraslı səhnələrdə belə sevilərək baxılır, yalnızlığını belə özunəməxsus ifadə edir. Aktrisanı tanıdığıma, izlədiyimə urəkdən şad oldum.
Aktyor Əmrah Dadaşova gəlincə ,tanıdığımız tipik obraza həyat verib.Amma bu aktyorun da özünəməxsus oyun tərzi diqqətimizdən yayınmır. O zamanla tamaşacını belə öz hisslərinin doğruluğuna inandırır.amma sual ortaya cıxır..kişi məcburiyyətdən dolayı sevə sevə ayrıla bilməzmi?
Əmrah Dadaşov səhnədə sərbəstdi. Bir güvəni,əminliyi var..Dərinə getsən, bəlkə onun da sağalmayan yaraları var..Amma seçimi o özu edir. Aktyorun səhnədəki ifaları cox sevilir, tamaşanın musiqili olması isə bu sevgini ikiqat artırır. İfalar möhtəşəmdir!
Matroşka oyuncağı əslində adi bir oyuncaqdır ki qadın kişiyə ad gunundə hədiyyə edir...Boyuk bir oyuncağın icindən cıxan ən kicik matroşka qadının kicilən sevgisi,arzusu,,xəyallarıdır. Muəllif xırda detalla əsas mətləbə toxunur.
Bir də hər kicilən sevginin arxasında minlərlə qadın əzabı,,iztirabı,tənhalığı var. Bir az duşunək, sonradan söndurəcəyimiz işıqlara əsla toxunmayaq!
Əks halda zamanla bu qaranlıqdan hər kəsə pay duşəcək!

Təranə Feyzullayeva.

Oxunub: 414
Oxşar xəbərlər
SON XƏBƏRLƏR