dini radikalizm və ekstremizmlə mübarizə

Yeni tamaşa "Parkda"


Kukla teatrında Oyun inkluziv teatrının tamaşası numayiş olundu. Tamaşanln quruluşcu rejissoru Saida Haqverdiyadır.Bir cox uğurlu tamaşalara imza atan rejissor bu dəfə də alqışlarlımızı qazandı.Tamaşada qadınların həyat tərzi,sevilmək istəyi, umid işığına söykənib yaşamaq istəyi,eyni zamanda da həyatdan,cəmiyyətdən aldıqları mənəvi travmalar,psixoloji durumlar əks olunur. Əgər bu məqamda da rejissor ustəlik qadındısa, demək ki biz lap ön plandayıq...Əslində movzu cox sadədir..Qadınlar və onların klassik problemləri..Amma rejissorun bunlara yanaşması,təqdimatı fərqlidir.
Aktyorlar Turkay Cəfərli və Zulfiyyə Qurbanovanı ilk dəfə idi ki səhnədə görurdum,oyun uslubları maraqlı gəldi.Baxmayaraq ki hər ikisi film sektoruna daha yaxındır.Aktrisa Ulviyyə Əliyeva elə ilk anlardan sevildi.Obrazını özunəməxsus şirinliklə təqdim edən aktrisa onun butun cizgilərini bizə asanlıqla ötürə bildi.
Aktrisa Səbinə Məmmədovanın da oyununu xususi qeyd etmək lazımdır.O öz obrazı ilə umumi ideyaya rəng qatmağı bacardı.
Və nəhayət aktrisa Gulcöhrə Abdullayeva supurgəci xanımı bizə elə təqdim etdi ki heyranlıqla izlədik.Baxın əslində acıq deyək,bəzən əhəmiyyət belə vermədən keçdiyimiz bir supurgəci qadının bu qədər maraq kəsb edəcəyini duşunməzdik..Amma nə qədər yanılmışıq..Qadın o qədər həsas,,o qədər incə məxluqdur ki onu kəşv etdikcə bitməz. Bu mənada bu xanım da, nə qədər,şirin,yumorlu sadə görünsə də ,bir o qədər dərin, xəyallarının peşində,ümidini itirmədən yaşayan bir qadındı.Gulcohrə xanım obrazı o qədər duzlu,məzəli oynadı ki tamaşacı izləməkdən zövq aldı.
Təcrübəli aktyorlarla birgə muəyyən məhdudiyyətli gənclərin birgə tandemi maraqlı ideyadır.Bu təkcə tamaşa deyil ,bir layihədir və bu layihə cərcivəsində butun fiziki maneələrə baxmayaraq, qəlbi teatr,sənət,sevgi ilə doyunən gənclərin insanları barışa,sevgiyə,mərhəmətə cağırışıdır.
Onlardan Kamilə Xəlilova,İlkin Həsənli,İbrahim Lacın,Selcan Xatun və s..səhnədən bu mesajı bizə öturməyi bacardılar.
Butun yaradıcı heyəti bu gözəl layihəni ərsəyə gətirdiklərinə görə təbrik edirik.

Təranə Feyzullayeva.

Oxunub: 702
Oxşar xəbərlər
SON XƏBƏRLƏR