dini radikalizm və ekstremizmlə mübarizə

2021-ci ildə qeydiyyatdan keçirilən əsərlərin sayı açıqlanıb

2021-ci ildə qeydiyyatdan keçirilən əsərlərin sayı açıqlanıb

2021-ci il il ərzində 405 müəllifin 851 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 863 şəhadətnamə verilib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 2021-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında əksini tapıb.

Qeyd olunub ki, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 231 müəllifin 371 əsəri qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 371 şəhadətnamə verilib, 9 müqavilə qeydiyyatdan keçirilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2022-ci il 01 yanvar tarixinədək Agentlikdə bütövlükdə 14261 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 419 müəllifin 787 əsəri qeydiyyatdan keçirilib və 797 şəhadətnamə verilib.

2021-ci ildə “Mobil tətbiq proqramlarının müəllif hüququnun mühafizəsi obyekti kimi qeydiyyatının aparılması” istiqaməti üzrə nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində mobil əlavələr indiyə qədər xidmət sahəsində mobil əlavənin layihəsi kimi qeydiyyatdan keçirilib. Hazırda mobil tətbiq proqramlarının kompüter proqramı (mobil əlavə) kimi qeydiyyatdan keçirilməsi təmin edilib.

Oxunub: 2 120
Oxşar xəbərlər
SON XƏBƏRLƏR