dini radikalizm və ekstremizmlə mübarizə

Atabala Səfərov, ruhun şad olsun...


Elə aktyorlar var ki, onlar haqqında heç cürə kecmiş zamanda danışmaq olmur... Onların siması, səmimiyyəti, səhnədəki oyun tərzi o qədər doğma gəlir ki, düşünürsən ki, onlar həmişə aramızdadır. Amma təəssüf ki, reallıqla da barışmalı olursan istəsən də, istəməsən də..
Azərbaycan teatr mədəniyyətində öz dəst-xətti, oyun tərzi, istedadı ilə töhfələr vermiş Azərbaycanın əməkdar artisti Atabala Səfərov dünyasını dəyişmişdir. Azərbaycan Musiqili komediya teatrında klassik, müasir obrazlara can vermiş, onları tamaşaçıya sevdirməyi bacarmış, xalq arasında sevilən aktyor bir müddət Gənclər teatrında direktor müavini kimi çalışmış, sonra yenidən doğma kollektivə qayıtmışdır.
Müxtəlif illərdə : "Subaylarınızdan görəsiniz", "Bir günlük siğə", "Şeytanın yubileyi", "Səhnədə məhəbbət" və s tamaşalarda uğurlu obrazlara imza atmışdır.2012-ci il 9 mayda Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
İnanırıq ki, aktyor yaratdığı obrazları ilə daim tamaşaçılarının yaddaşında yaşayacaq…!

Təranə Feyzullayeva.

Oxunub: 5 517
Oxşar xəbərlər
SON XƏBƏRLƏR