dini radikalizm və ekstremizmlə mübarizə

"Müharibənin ən çətin üzünü görmüşdüm" - Roza Zərgərli

"Müharibənin ən çətin üzünü görmüşdüm" - Roza Zərgərli

"1989-cu ildə atam Rusiyadan Azərbayacana köçdü. Çünki torpaqlarımız ermənilər tərəfindən amansızcasına zəbt olunurdu".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli deyib. Sənətçi Azərbaycan Ordusunun son günlər torpaqlarımızın işğaldan azad edilməsindən danışıb. Hazırda cəbhə bölgəsinə yollanan Zərgərli bunları əlavə edib:

"Atam hərbçi olduğu üçün müharibənin hər çətin üzünü görmüşdüm. Həmin illərdə müharibə şəraitində yaşamaq heç də asan deyildi. İndi hər şey fərqlidir. Şükür ki, indi Azərbaycan güclü orduya sahibdir. İndi biz tarix yazırıq. Bu yaşanan tarixi günləri gördüyüm üçün çox xoşbəxtəm. İndi döyüşdə olan elə gənclər var ki, bu hadisələr olanda doğulmamışdı. Amma indi onlar vətən üçün canlarından keçirlər.

Qələbə xəbərləri məni o qədər qürurlandırır ki, İnstaqram səhifəm az qala xəbər portalına çevrilib. Hər gün məlumatları, cəbhədən gözəl görüntüləri paylaşmaqdan zövq alıram".

Oxunub: 562
Oxşar xəbərlər
SON XƏBƏRLƏR