dini radikalizm və ekstremizmlə mübarizə

Üç qadının uğuru: "Mən öləndə ağlama"…

Üç qadının uğuru: "Mən öləndə  ağlama"…
Yeni tamaşa ən əvvəl məni kövrəltdi... İstər-istəməz sevginin ecazkar sehrinə düşdüm... İlahi görəsən bu dünyada sevgidən ötə daha nəsə varmı?... Sonra Leylanı dinlədim... İzlədim... Hislərim qarışdı... Və istər istəməz bir sevgi hekayəsinin tam mərkəzində dayandım.
"Mən öləndə ağlama" Pərvin xanımın pyesi əsasında Ayla Osmanovanın quruluş verdiyi və Səbinə Məmmədovanın canlandırdığı mono tamaşa öz tamaşaçısına qovuşdu... Bu üç gənc xanımdan ibarət trio əlbəttə ki, bu qədər sevilməliydi... Çünki hər üç qadının gözəlliyindən, sevgisindən, bəlkə də həsrətindən yoğrularaq ərsəyə gələn bu sevgi məcarası kimsəni biganə qoya bilməzdi... Əbəs deməyiblər ki, qadın böyük qüvvədir. Əslində adi bir sevgi hekayəsidir deyə bilərik... Sevgi, ayrılıq... Amma daha dərin nüanslar var ki, onları tədricən görürük. Rejissor deyir ki, tamaşada əsas xətt azadlıqdır... Qadın azadlığı... Ruh azadlığı... İnsan azadlığı...
Tamaşa yığcam, lokonikdi... Tamaşaçını yormur... Əksinə, bir az da uzanmasını arzu edirsən... Sanki irəlidə nəsə baş verəcək... Amma elə bu an hər şey sona çatır.
Hər iki xanımın- Ayla və Pərvin xanımın yaradıcılığını ilk dəfə izlədiyimə görə fikirlərim tam formalaşmayıb. Ümid edirəm ki, bu tanışlıq davamlı olacaq. Məhz bu tamaşa isə hesab edirəm ki, hər iki gənc xanımın uğurudur.
Səbinə Məmmədovanı isə çoxdan izləyirəm. Çox istedadlı bir aktrisa kimi özünü təsdiq edib. Leyli Məcnundakı "Leyli"si onu bizlərə sevdirdi. Əlbəttə ki, belə monumental bir tamaşada Leylini canlandırmağın məsuliyyətini dərk edən aktrisa, böyük uğura imza atdı. Hazırda müasiri Leyla da sevgisinin, həsrətin odunda yanır... Səbinə Məmmədova bir aktrisa kimi gözəldir ki, bu da səhnə üçün vacibdir, istadadlıdır ki bu da bütün tamaşalarda özünü biruzə verir. Və nəhayət proffesionaldır ki, öz oyunu ilə elə ilk səhnələrdən tamaşaçını ovsunlayaraq, arxasınca apara bilir. Bu isə tamaşada əsas şərtdir. Mən "Leyla"nı Səbinənin ifasında çox sevdim... Bəlkə də internetin dünyaya meydan oxuduğu bir dövrdə kimsə teatra sevgiyə bayağı baxa bilər... Amma onu həqiqi sevənlər bu sevgiyə sadiq qalarlar... Bilirəm ki, Səbinənin bu yolda sevgisi sonsuzdu... Elə onu sevənlərin ona olan sevgisi kimi...
P.S.Onu xeyli vaxtdır görmürdüm... Yalnız virtualı saymasaq. Gördüm... Və düşünürəm ki, bu gözəl xanımın qarşıda hələ nə qədər bizi heyrətləndirəcək rolları var...

Təranə Feyzullayeva
Üç qadının uğuru: "Mən öləndə  ağlama"…

Oxunub: 910
Oxşar xəbərlər
SON XƏBƏRLƏR