dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə azərbaycanlı bəstəkar vəfat edib

Türkiyədə azərbaycanlı bəstəkar vəfat edib


Türkiyədə yaşayan Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Həsən Adıgözəlzadə aprelin 29-da uzun sürən xəstəlikdən sonra İstanbulda, müalicə olunduğu xəstəxanada vəfat edib.

1946-cı ildə Bakıda dünyaya gələn Həsən Adıgözəlzadə simfoniya, "Azərbaycan" və "Bursa" kantataları, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün sonatalar, nəfəsli alətlər üçün kvintet və süita, marşlar, mahnılar, romans, teatr tamaşaları üçün musiqilər, xalq çalğı alətlər üçün bir sıra əsərlər bəstələyib.
Azərbaycanın xalq artisti, görkəmli pianoçu Zöhrab Adıgözəlzadənin qardaşı olan Həsən Adıgözəlzadə eyni zamanda Türkiyədəki Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. O, Bursa, İstanbul, Adana və digər şəhərlərdə Azərbaycan diasporu tərəfindən təşkil edilən bir çox tədbirdə fəal iştirak edib.
Qeyd edək ki, mərhumun nəşi Azərbaycana gətirilərək Bakıda dəfn olunacaq.

Oxunub: 890
Oxşar xəbərlər
SON XƏBƏRLƏR