Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 31 mart azərbaycanlıların soyqırımı tarixinin 100 illiyi münasibəti ilə Mədəniyyət Nazirliyi tədbirlər həyata keçirir. Bu tədbirlər planı çərçivəsində Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin dəvəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan-Türkiyə kültür və sənətdə DEV kardeşlik və candaşlıq” layihəsi əhatəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 27 aprel-10 may 2018-ci il tarixində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixinin 100-cü il dönümünün geniş təbliğ edilməsi və anım mərasimlərinin keçirilməsi məqsədilə Türkiyənin Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir, İnegöl və Ankara şəhərlərində genişmiqyaslı qastrol səfəri həyata keçirəcək.
Tədbir öncəsi Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin ermənilərin türklərə qarşı törətdiyi soyqırım hadisələri ilə bağlı konfranslar verəcəkdir.
Qastrol səfərində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası təqdim olunacaq.