dini radikalizm və ekstremizmlə mübarizə

Xalq artisti: Bizimlə salamlaşmaq üçün avtobusdan əl uzadırlar

Xalq artisti: Bizimlə salamlaşmaq üçün avtobusdan əl uzadırlar
Biz - Fidanla mən özümüzü xoşbəxt insan, xoşbəxt sənətkar saya bilərik.

Oxu.Az xəbər verir ki, bunu tanınmış sənətkar, Xalq artisti Xuraman Qasımova jurnalistlərlə söhbətində deyib.

O, paytaxt Bakıda, eləcə də, Azərbaycanın bölgələrində hər zaman insanların sevgisi və isti münasibəti ilə əhatə olunduqlarını vurğulayıb.

“Bakıda küçədə insanlar bizi görərkən sevinclərindən bilmirlər neyləsinlər, bizimlə salamlaşmaq üçün hətta avtobusdan əl uzadanlar, “Bu, Fidan xanımdır”, “Bu, Xuraman xanımdır”, “Biz xoşbəxtik ki, bu sənətkarlarla görüşürük” deyənlər olur. Sənətkar, sənət adamı üçün bundan əlamətdar nə, hansı hadisə ola bilər?! Deməli, sevilir, qəbul edilirik. Biz də xalqımızı, dövlətimizi sevir, onunla fəxr edir, Azərbaycanımızın mədəniyyəti, onun inkişafı, tanıdılması üçün əlimizdən gələni etməyə çalışırıq…”, - deyə X. Qasımova sözlərinə əlavə edib.

Oxunub: 846
Oxşar xəbərlər
SON XƏBƏRLƏR