dini radikalizm və ekstremizmlə mübarizə

“Liftlərlə oynadığı” üçün brifinqə gecikdiyini deyən Bayden jurnalistlərdən üzr istəyib

“Liftlərlə oynadığı” üçün brifinqə gecikdiyini deyən Bayden jurnalistlərdən üzr istəyib

ABŞ Prezidenti Co Bayden G20 sammitinin sonunda Romada mətbuat konfransına demək olar ki, bir saat gecikib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, ABŞ lideri bunu “liftlərlə oynaması” ilə izah edərək, gecikdiyinə görə jurnalistlərdən üzr istəyib.

“Xahiş edirəm, oturun. Sizi gözlətdiyimə görə üzr istəyirəm. Liftlərlə oynadıq, uzun hekayədir. Hər halda, axşamınız xeyir”, deyə Bayden çıxışına başlayıb.

26 dəqiqə davam edən brifinqdə o, liftlərin gec gəlməsi ilə bağlı narazılığını ifadə etməyib.

Xatırladaq ki, “Fox News” kanalı iyunun 1-dən oktyabrın ikinci həftəsinə qədər Baydenin ictimai tədbirlərə orta hesabla 22,4 dəqiqə gecikdiyini təxmin edib: “Bayden bəzən tədbir iştirakçılarını bir saat və ya daha çox gözlətdirib. Prezident avqust ayında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması fonunda keçirilən brifinqlərə, orta hesabla 34 dəqiqə gecikib”.

Oxunub: 5 165
Oxşar xəbərlər
SON XƏBƏRLƏR