ABŞ-da təhsil alan iki çinli tələbə 2 il ərzində “Əpl” şirkətinə yüz minlərlə dollar həcmində zərər vurub.
Djb.az Axar.az-a istinadən xəbər verir ki, tələbələr 2017-ci ildən bəri Çindən sifariş etdikləri saxta Ayfon telefonlarını şirkətin mağzalarında müxtəlif bəhanələrlə orijinalı ilə dəyişdirərək yenilərini internet vasitəsilə satışa çıxarıblar.
Tələbələrin yaşadığı evə basqın edən polislər 300 ədəd saxta Ayfon ələ keçirib.
Saxlanılan tələbələrə hansı cəzanın veriləcəyi isə hələlik məlum deyil.