dini radikalizm və ekstremizmlə mübarizə

"Facebook" 150 profili silib - SƏBƏB

"Facebook" 150 profili silib - SƏBƏB

"Facebook" sosial şəbəkəsi daha bir neçə profili silib. "Facebook" saxta və nifrət saçan 150 hesabı bağlayıb.

Bağlanılan hesab sahiblərinin siyasi məsələlərdə ifrat fəallıq göstərdikləri və İngiltərə siyasətini hədəfə aldıqları məlum olub.

Bu profillər LGBT, Hindistan və Pakistan arasında baş verən məsələlər, irqçilik və digər məsələləri də hədəf götürübmüş. Hətta həmin profillərin sahibləri islam və xristianlıq dinləri haqqında da xoşagəlməz məlumatlar yayırmış.

Qeyd edək ki, Facebook vaxt-vaxt şübhə etdiyi və haqqında şikayətlərin çox olduğu profilləri bağlayır. Şirkət bununla həm öz imicini, həm də istifadəçilərin təhlükəsizliyini qoruduğunu, onların narahatçılığını aradan qaldırdığını iddia edir. (sputnik)

Oxunub: 658
Oxşar xəbərlər
SON XƏBƏRLƏR