Azərbaycanın sığorta şirkətlərindən biri səfər sığortası üzrə 15 644 manat ödəniş həyata keçirib.
Report-un xəbərinə görə, müştəri ABŞ-ın Texas ştatında olarkən, onu qırmızı odlu qarışqa sancıb.
Nəticədə vətəndaş allergik reaksiya səbəbi ilə tibb müəssəsinə aparılıb və sığorta şirkəti onun xərclərini ödəyib.