dini radikalizm və ekstremizmlə mübarizə

Qorxmuş ayı maşında sıxışıb qaldı və təlaşla siqnal verdi

Qorxmuş ayı maşında sıxışıb qaldı və təlaşla siqnal verdi

Moderator.az Lenta.ru-ya istinadən xəbər verir ki, Konnektikut (ABŞ) ştatının polisi maşının sındırılması haqqında çağırışı eşidəndə hadisə yerinə yollanıb və maşında ayı görüblər.Maşına girən ayı özünü avtomobildə sıxışıb qalıb və heç cür ordan çıxa bilməyib.

Maşının sahibi Linda Morad görəndə ki, onun saxladığı Subari Outback maşının işıqları yanır, həmçinin siqnal verir, tez xilasedicilərə zəng vurur.

"Mən burada tamam təkəm və kimsə mənim maşınıma girib. Faralar yanır, fit səsi vıyıldayır, elə bil dəli olub, mən avtomobilin içində hərəkət görürəm",- o, dispetçerə deyib.

Tezliklə hadisə yerinə polis gəlib və görüb ki, maşının qapısını sındıran qara ayıdı.
"Biz düşünürük ki, o qapını pəncəsi ilə açıb . Və maşını batırdığına görə, hiss olunur ki, vəhşi çox qorxub", polis kapitanı Lourens Terra (Lawrence Terra) belə ehtimal edib.

Onlar avtomobilin qapısını açıblar və ayı dərhal çıxıb qaçıb.

Konnektikut ştatının ətraf mühitin qorunması və energetika Nazirliyinin nümayəndəsi Kriss Kollibi bildirib ki, heyvanlar avtomobillərə tez-tez soxulurlar, çünki onları yemək qoxusu cəlb edir. Lakin Морад qeyd edib ki, onun maşınında yemək yalnız banandan ibarət olub və ayı da ona toxunmayıb.

Oxunub: 2 097
Oxşar xəbərlər
SON XƏBƏRLƏR