Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb.
Versus.Az xəbər verir ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.
Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.