dini radikalizm və ekstremizmlə mübarizə

Daha bir dünya ulduzu Bakıya gəlir

Daha bir dünya ulduzu Bakıya gəlir


Aprelin 27-29-da Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prisinin konsert proqramında çıxış edəcək daha bir əcnəbinin adı açıqlanıb.

Bakı Şəhər Halqasından XəzərXəbər-ə verilən məlumata görə, məşhur DJ Afrojack (Afrocek) ölkəmizdə baş tutacaq yürüş üçün paytaxtımıza gələcək.

O, aprelin 27-də Böyük Britaniyanın tanınmış qrupu Camiroukvayın axşam konsertinin ardınca səhnəyə çıxaraq avtoidman həvəskarlarına möhtəşəm gecə bəxş edəcək. Əvvəlki illərdən fərqli olaraq, bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları "Bakı Kristal Zalı”nda keçiriləcək.

"Grammy” mükafatına sahib Afrocek bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən çoxcəhətli sənətçidir. Afrocek yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb, sevilməkdədir.

Onun bəstələdiyi treklər sırasına Beyonsun "Run The World (Girls)”, Madonnanın David Quetta ilə birlikdə ifa etdiyi "Revolver” və Ne-Yo ilə Pitbullun birgə səsləndirdikləri "Give Me Everything” mahnıları daxildir.

Niderlanddan olan Afrocekin əsl adı Nik van de Valdır. O, DJ-lər arasında Top-10-dadır. Afrocekin 30 yaşı var.

Oxunub: 809
Oxşar xəbərlər
SON XƏBƏRLƏR