Müğənni Castin Biberin konsertində terror aktı törətməyi planlaşdıran 17 yaşlı britaniyalı gəncə ömürlük həbs cəzası verilib.
Bu barədə "RİA Novosti" "Telegraph”a istinadən məlumat yayıb.
Özünü İslam Dövlətinin əsgəri kimi təqdim edən gənc Uelsdə planlaşdırdığı terrorun Suriya və İraqın bombalanmasına cavab olduğunu bildirib.
Məhkəmə L. Qantona ömürlük həbs cəzası verib. O, yalnız 11 ildən sonra azad olunması üçün yenidən məhkəməyə müraciət edə bilər.
Oxunub: 871