"Avast" antivirusunun yaradıcıları "Android" mobil əməliyyat sistemində ən çox resurs işlədən mobil proqramlar üzrə iki reytinq tərtib ediblər. Məhz bu mobil proqramlar həm fon rejimində, həm də aktiv istifadə zamanı daha çox şarj işlədirlər.
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, 2017-ci ilin iyun-sentyabr ayları ərzində dünyada 3 milyon smartfon araşdırılıb.
Siyahıda fon rejimində avtomatik aktivləşən proqramlar yerləşdirilib. İlk pillələri "Samsung" smartfonlarında öncədən qurulmuş proqramlar tutublar. "Google Maps" mobil tətbiqi və "Facebook"un öz messenceri, həmçinin "WhatsApp" reytinqə daxil edilib.