dini radikalizm və ekstremizmlə mübarizə

Mobil telefonlar POS-terminal kimi istifadə oluna bilər


Azərbaycanda elektron ticarətlə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur.

Layihəyə əsasən, lazımi proqram təminatı olan mobil telefonlar və digər cihazlar da POS-terminal kimi qəbul edilə bilər. Təmassız ödənişlərin hüquqi çərçivəyə daxil edilməsi də nəzərdə tutulur.

Dəyişikliklər elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini və ödəniş qaydalarının müasir texnologiyalara uyğunlaşdırılmasını nəzərdə tutur.

Təklif Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Dəyişikliklər hələ təklif mərhələsindədir.

Oxunub: 22
Oxşar xəbərlər
SON XƏBƏRLƏR