20 may 2024-cü il tarixdə İqtisadiyyat və İdarəetmə fakultəsində “Statistika sahəsində milli təcrübə: statistik məlumatların toplanması, emalı və yayılması” mövzusunda seminar keçiridi. Seminarda Mingəçevir şəhər Statistika idarəsinin rəhbəri, fakultənin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak etdi. Giriş sözü ilə çıxış edərək, ölkəmizdə statistika sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verdik. 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramından, statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinin və dünya statistika sisteminə inteqrasiyasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdik.
Seminarda Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynovanın moderatorluğu ilə mövzu ilə bağlı məruzələr dinləndi.
Mingəçevir şəhər Statistika idarəsinin rəisi Etibar Kərimov “Statistik hesablamaların onlayn təqdimatı və icmalı” mövzusunda,
Fakultənin müəllimləri, Təranə Süleymanova “Statistik göstəricilərin hesablanmasının əhəmiyyəti və zəruruliyi” və Saqib Məmmədov “XXI əsr insanı üçün statistik düşüncə zərurəti – verilənlərlə (“data” ilə) işləmək” adlı məruzələrlə çıxış etdilər.
Seminar müzakirələrlə davam etdi.
Oxunub: 182