Almaniyanın Ludviqshafen şəhərində yerləşən ölkənin və dünyanın ən böyük kimya kompleksi Rusiyadan idxal olunan qazın azalması səbəbindən xammal çatışmazlığı və artan xərclərlə üzləşib.
Djb.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazır.
Təxminən 200 zavodu birləşdirən kompleksin rəhbər şirkəti BASF konserni müəssisəni bağlamağı düşünür.
BASF-nin baş iqtisadçısı Peter Westerheide qeyd edib ki, kompleksdə istehsalın bu həcmdə azaldılması əvvəllər müşahidə olunmayıb.
Müəssisədə qazının təxminən 60%-i elektrik enerjisi istehsalı üçün, qalan 40%-i isə ammonyak və asetilen də daxil olmaqla kimyəvi məhsulların istehsalı üçün xammal qismində istifadə olunur.
Oxunub: 648