dini radikalizm və ekstremizmlə mübarizə

KOBİA və Dubay Ticarət və Sənaye Palatası əməkdaşlığa dair sənəd imzaladı - Foto

KOBİA və Dubay Ticarət və Sənaye Palatası əməkdaşlığa dair sənəd imzaladı - Foto

Noyabrın 3-də Dubay şəhərində keçirilmiş Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr idarəsinin direktoru Ömər Xan imzalayıblar.

Memorandum hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqini, ticarət və investisiya imkanları sahəsində qarşılıqlı məlumat, KOB-lara xidmətin göstərilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsinə dair təcrübə mübadiləsini, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Oxunub: 512
Oxşar xəbərlər
SON XƏBƏRLƏR