dini radikalizm və ekstremizmlə mübarizə

İran rəsmisi: "Ölkəyə xarici sərmayə qoyuluşu sıfıra bərabərdir"

İran rəsmisi: "Ölkəyə xarici sərmayə qoyuluşu sıfıra bərabərdir"

“İran iqtisadiyyatına xarici investorlar və iş adamları tərəfindən yatırılmış sərmayə ötən illər ərzində təxminən sıfıra bərabər olub”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu sözləri Tehran Ticarət Palatasının (Otaq) nümayəndələr heyətinin üzvü Mehrdad Əbbad deyib.

Onun sözlərinə görə, İran, Birləşmiş Ərəb Əmirlikləri (İmarat) kimi xarici investorları ölkəyə sərmayə qoymaq üçün onları vergidən (maliyyat) azad etsə də, bu addımlar istənilən nəticəni verməyib.

Mehrdad Əbbad bildirib ki, bu yöndə başlanğıc olaraq həm xarici investorları təşviq etmək, həm də böyük həcmdə sərmayə qoyan investorların əmniyəti üçün zəruri addımlar atılmalıdır. Qeyd edək ki, İranın Sənaye, Mədən və Ticarət Vəzirliyinin yaydığı yeni statistik (amar) rəqəmlərə əsasən, cari ilin aprel-avqust ayları ərzində ölkəyə sənaye, ticarət və mədən sahələrinə qoyulan xarici sərmayənin miqdarı ötən ilin oxşar dövrü ilə müqayisədə 54% azalıb.

Yuxarıda göstərilən müddət ərzində İrana 68 investor tərəfindən 485 milyon dollar dəyərində sərmayə qoyulması təsdiq edilib. Bu isə yuxarıda sözügedən aylar ərzində qoyulmuş sərmayənin ötən ilin göstəriciləri ilə müqayisədə say baxımından 126%, dəyər baxımından isə 44% azaldığını nümayiş etdirir.

Oxunub: 424
Oxşar xəbərlər
SON XƏBƏRLƏR