dini radikalizm və ekstremizmlə mübarizə

Müharibədə qalib gələn Azərbaycan niyə müdafiə xərclərini artırır? - ŞƏRH

Müharibədə qalib gələn Azərbaycan niyə müdafiə xərclərini artırır? - ŞƏRH

“Azərbaycanın 2021-ci il dövlət büdcəsi layihəsinə görə, müdafiə və təhlükəsizliyin möhkəmləndirilməsi, məhkəmə, hüquq-mühafizə orqanları və prokurorluğun qorunmasına 6 milyard 678 milyon manat xərclənməsi planlaşdırılır. Bu, keçən ilə nisbətən 938 milyon manat çoxdur. Məbləğ 2021-ci il dövlət büdcəsi xərclərinin təxminən 23,4% -ni, ÜDM-nin isə 4% -ni təşkil edir”.

KONKRET.az xəbər verir ki, bunları “CALİBER” müstəqil hərbi-analitik İnternet layihəsi hazırladığı şərhdə bildirib.

Proqramda daha sonra qeyd edilir ki, “Müharibəni yenicə qazanan Azərbaycan kiçik silah-sursatı və top mərmilərindən minaya, eləcə də hava bombasına qədər geniş miqyaslı sursatla özünü tamamilə təmin edən bir neçə postsovet respublikasından biridir. Bəs elə isə ölkədə müdafiə xərclərinin artmasının səbəbləri nədir?

Birincisi, bəzi azərbaycanlı mütəxəssislərin fikrincə, müharibənin bir günü Azərbaycana on milyonlarla manata başa gəlib. Bu səbəbdən də Azərbaycan sıradan çıxmış arsenalları bərpa etməlidir. Çünki bölgədəki vəziyyət qeyri-sabit olaraq qalır.

İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin texnika itkilərini nəzərə almaq lazımdır. Tamamilə itkiləri bərpa etmək üçün hərbi texnika və maşınların alınması zəruridir. Məsələn, Bakının Cənubi Koreya tanklarının sınaq partiyasını satın alaraq onun istehsalını təşkil etmək barədə məlumatlar var.

Üçüncüsü, xərclərin yəqin ki, əhəmiyyətli bir hissəsi azad edilmiş ərazilərdə yerli hüquq-mühafizə orqanlarının bərpasına xərclənəcəkdir. Artıq Şuşada Dövlət Təhlükəsizlik Xidmətinin bir şöbəsi açılıb. Yeni binalar tikiləcək, rabitə avadanlıqları və inventar alınacaq, maaşlar ödəniləcək.

Dördüncüsü, Azərbaycan Ermənistanla dövlət sərhədini yenidən tikəcək.

Xatırladaq ki, müharibədən sonra müdafiə xərclərinin artması məsələsi yeni deyil. 1967-ci ildə altı günlük müharibədəki qələbədən sonra İsrail də hərbi xərclərini artırdı. Nəzərə alaq ki, Azərbaycan daha əvvəlki kasıb ölkə deyil. İnsan və təbii resursları, iqtisadi potensialı sayəsində Azərbaycan artıq Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Ərazi bütövlüyünün qorunması Azərbaycan üçün gələcəyə yönəlmiş bir prosesdir. Bu, həm də İkinci Qarabağ müharibəsinin bölgədəki son müharibə olmaq istəyinin təzahürüdür”.

Oxunub: 983
Oxşar xəbərlər
SON XƏBƏRLƏR