dini radikalizm və ekstremizmlə mübarizə

Avropa İttifaqı liderləri iqtisadiyyata yardım proqramını təsdiqləyiblər

Avropa İttifaqı liderləri iqtisadiyyata yardım proqramını təsdiqləyiblər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Avropa iqtisadiyyatına yardım üçün 540 milyard avroluq təcili proqramı təsdiqləyiblər.

Open.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu onlayn-sammitin yekunları üzrə mətbuat konfransı zamanı Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

Ş.Mişel bildirib: "Biz iyunun 1-dən tətbiq ediləcək 540 milyard avroluq proqramı təsdiqlədik".

Aİ sammiti Avropa Komissiyasına ittifaqın iqtisadiyyatının bərpası üçün uzunmüddətli yardım fondunun parametrlərini hazırlamağı tapşırıb.

Avropa Komissiyasından bildiriblər ki, Aİ ölkələri ittifaqın büdcəsinə ödəmələri artırmalıdırlar.

Qeyd edilir ki, Avropa İttifaqının 27 üzv ölkəsi milli iqtisadiyyatlara dəstək üçün ümumilikdə 1,8 trilyon avro ayırıblar.

Oxunub: 517
Oxşar xəbərlər
SON XƏBƏRLƏR