dini radikalizm və ekstremizmlə mübarizə

AMB: Maliyyə sektorunun monitorinqi intensivləşdiriləcək

AMB: Maliyyə sektorunun monitorinqi intensivləşdiriləcək

2020-ci ildə Azərbaycanda maliyyə sektorunun risklərə qarşı dayanıqlığının yüksəldilməsi, maliyyə vasitəçiliyinin, pul və kapital bazarlarının dərinləşməsi istiqamətində səylər artırılacaq.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

Maliyyə sektorunda restrukturizasiya proseslərinin başa çatdırılması, problemli aktivlərin tənzimlənməsi üzrə təsirli tədbirlər görüləcək. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımında rolunu yüksəltməlidir.

Bank sistemini sağlamlaşdırılması prosesi həyata keçirilərkən sistem əhəmiyyətli maliyyə institutlarında risklərin akkumulyasiyasının qarşısının alınması vacib prioritetlərdən biri olacaq.

Bank sektorunun aktivlərinin keyfiyyətinin qorunması çərçivəsində problemli aktivlərinlə iş xüsusi diqqətdə saxlanılacaq.

Maliyyə sektorunun monitorinqi intensivləşdiriləcək, maliyyə bazarlarında yarana biləcək sistem risklərin və potensial böhran ehtimallarının aşkar edilməsi buna yönəlmiş. Siyasi tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Stress-testlər əsasında AMB müxtəlif iqtisadi şoklara qarşı maliyyə sektorunun vəziyyətini önləyici qaydada simulyasiya edəcək və zəruri hallarda sektora müvafiq müdaxilələr həyata keçiriləcək.

Oxunub: 483
Oxşar xəbərlər
SON XƏBƏRLƏR