dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan idxal əməliyyatlarında milli valyuta ilə hesablaşmaları kəskin artırıb

Azərbaycan idxal əməliyyatlarında milli valyuta ilə hesablaşmaları kəskin artırıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın idxal əməliyyatlarında milli valyuta ilə hesablaşmaların dəyəri illik müqayisədə 10 dəfə artaraq 6 232 min ABŞ dollarına çatıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə sərbəst dönərli valyuta ilə hesablaşmaların dəyəri 8 753 955 min ABŞ dolları, qapalı valyuta ilə hesablaşmalar 696 614 min ABŞ dolları təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,6% və 27,6% artım qeydə alınıb.

Bundan başqa, yanvar-noyabr ayları ərzində Azərbaycanın idxal əməliyyatlarının 112 min ABŞ dolları klirinq hesablaşmalarla həyata keçirilib.


Hesabata əsasən, milli valyuta ilə hesablaşmaların xüsusi çəkisi 0,01%-dən 0,05%-ə yüksəlib, qapalı valyuta ilə hesablaşmaların xüsusi çəkisi 5,30%-dən 5,62%-ə yüksəlib, sərbəst dönərli valyuta (SDV) ilə hesablaşmaların xüsusi çəkisi 77,58%-dən 70,68%-ə enib.

Oxunub: 495
Oxşar xəbərlər
SON XƏBƏRLƏR