dini radikalizm və ekstremizmlə mübarizə

BTC kəməri ilə neftin nəqli 8% azalıb

BTC kəməri ilə neftin nəqli 8% azalıb

Bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 28,54 mln. tona yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə BTC kəməri ilə 4,14 mln. tondan artıq tranzit nefti də nəql edilib. Bu, illik müqayisədə 30,8% azdır.

Komitənin məlumatına əsasən, ötən dövr ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 35,5 mln. tona yaxın neft nəql edilib (6,6%-lik azalma).

Oxunub: 461
Oxşar xəbərlər
SON XƏBƏRLƏR