Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 800,8 mln. manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,7% azdır.
"APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalıb, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Oxunub: 536