dini radikalizm və ekstremizmlə mübarizə

Vüqar Bayramov: Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi innovativ sektordakı islahatlara beynəlxalq qiymətdir



“Bakının Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycanın innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymətdir”. Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, sənayedə aparılan islahatlar ənənəvi sektorlarla yanaşı, innovativ sektorun inkişafını da stimullaşdırır. Kosmik sənayenin inkişaf etdirilməsi Azərbaycanın kosmik ölkəyə çevrilməsi kontekstindən xüsusi qiymətləndirilməlidir: “Nəzərə alsaq ki, innovativ sahə olaraq kosmik sənayenin inkişafı həm bu istiqamətdə daha çox gəlirin əldə edilməsi, həm də Azərbaycanın innovativ potensialının təqdim olunması baxımından vacibdir. Bu, Azərbaycanın qeyri-neft sektorunda gəlirlərinə birbaşa təsir göstərən amillərdəndir. Xüsusən də, bu istiqamətdən daxilolmalar büdcə üçün çox əhəmiyyətlidir. Qeyri-neft sektorunun inkişafı hər bir sektorun ayrıca dəstəklənməsindən ibarətdir ki, bu kontekstdən də kosmik sənayenin inkişafı həm də dövlət gəlirlərinin artırılması baxımından vacibdir”.

“Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizin innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymətdir. Azərbaycan yeni kosmik ölkədir. Lakin bu sahədə yeni olmasına baxmayaraq, 3 peykimiz var. Bu da çox qısa zamanda ölkəmizin kosmik ölkələr arasında xüsusi mövqeyə malik olmasından xəbər verir”, - deyə V.Bayramov qeyd edib.

Oxunub: 628
Oxşar xəbərlər
SON XƏBƏRLƏR