dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan KOB sahəsində Koreya təcrübəsinin öyrənilməsində maraqlıdır

Azərbaycan KOB sahəsində Koreya təcrübəsinin öyrənilməsində maraqlıdır

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə mikro, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

Görüşdə Koreyada KOB sektorunun uğurla inkişaf etməsi nəzərə alınaraq, Agentliyin KOB sahəsində ən yaxşı beynəlxalq təcrübələrin, o cümlədən Koreya təcrübəsinin öyrənilməsində maraqlı olduğu diqqətə çatdırılıb. Eyni zamanda görüşdə Koreyanın Kiçik və Orta Sahibkarlar və Startaplar Agentliyi (KOSME) ilə əməkdaşlığın genişləndirilməsi, KOB inkişaf fondları sahəsində təcrübə mübadiləsi, KOB-lara müxtəlif dəstək mexanizmlərinin göstərilməsi, dövlət-özəl tərəfdaşlığı platformasına dair fikir mübadiləsi aparılıb.

Oxunub: 581
Oxşar xəbərlər
SON XƏBƏRLƏR