dini radikalizm və ekstremizmlə mübarizə

Çin iqtisadiyyatının artım tempi rekord həddə yavaşlayıb

Çin iqtisadiyyatının artım tempi rekord həddə yavaşlayıb

Bu ilin ikinci rübündə Çinin iqtisadi artım tempi 6,2% təşkil edib. Bu, 1992-ci ildən bu yana Çin iqtisadiyyatında qeydə alınan ən aşağı göstəricidir. Hətta 2008-ci ilin maliyyə böhranı dövründə Çinin ÜDM-ində 6,4%-lik artım qeydə alınmışdı.

“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin dünyanın sayca ikinci böyük iqtisadiyyatına malikdir. Lakin ABŞ-Çin ticarət mübarizəsinin belə uzun davam etməsi əhəmiyyətli dərəcədə maliyyə itkilərinə səbəb olub. Belə ki, Çinin ticarət tərəfdaşları və dünya maliyyə bazarları Çin iqtisadiyyatını yaxından izləyirlər və ölkənin bu cür iqtisadi geriləməsi bu sahədə qlobal tənəzzülün yaşana bilinəcəyi narahatlığını artırır.

Qeyd edək ki, ötən ay Çin fabriklərin istehsalı və pərakəndə satış dövriyyəsi yaxşılaşsa da, bəzi analitiklər bu qazancların davamlı olmayacağını bildirirlər.

Xatırladaq ki, rəsmi Pekin 2020-ci ildə ölkə iqtisadiyyatını 2010-cu ilə nisbətən iki dəfə artırmağı qarşısına məqsəd qoyub.

Oxunub: 606
Oxşar xəbərlər
SON XƏBƏRLƏR