ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 2,25-2,5% səviyyəsində saxlayıb.
Djb.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurum rəhbərliyinin iclasının yekununa dair maliyyə tənzimləyicisinin yaydığı məlumatda qeyd olunub.
“Komitə öz mandatına uyğun olaraq maksimum məşğulluq və qiymət sabitliyini təmin etməyə çalışır. Bu məqsədlə Komitə federal pul vəsaitlərinin hədəf diapazonunu 2,25%-dən 2,5%-ə qədər saxlamaq qərarına gəlib”, - deyə məlumatda bildirilib.
Oxunub: 589