dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanın xarici ticarət dövriyyəsi artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3 860,1 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,3% çoxdur.

Djb.az-ın Gürcüstan Milli Statistika Ofisinə verdiyi məlumata görə, hesabat dövründə ixrac 1 133,4 mln. dollar, idxal isə 2 726,4 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 17,9% artıb, idxal isə 3,1% azalıb.

Cari ilin yanvar-aprel ayları ərzində mənfi ticarət balansı 1 593,3 mln. dollar olub.

Qeyd edək ki, ötən il Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın 3-cü ən böyük ticarət tərəfdaşı olub.

Oxunub: 675
Oxşar xəbərlər
SON XƏBƏRLƏR