dini radikalizm və ekstremizmlə mübarizə

Ehtiyata və istefaya buraxılmış hərbçilərə ödənilən kirayə pulu artırılıb

Ehtiyata və istefaya buraxılmış hərbçilərə ödənilən kirayə pulu artırılıb
Nazirlər Kabineti “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

Djb.az-ın ONA-ya istinadən məlumatına gorə, indiyə qədər yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış, yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Bakı şəhərində 47,30 manat, başqa şəhər və rayon mərkəzlərində 33 manat, digər yaşayış məntəqələrində 28 manat nağdsız qaydada kompensasiya ödənilib.


Dəyişikliyə əsasən, bu məbləğ artırılaraq Bakı şəhərində 47,30 manatdan 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 28 manatdan 55 manata çatdırılıb. Eyni zamanda Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay 100 manat məbləğində kompensasiya müəyyənləşib.

Oxunub: 697
Oxşar xəbərlər
SON XƏBƏRLƏR