Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycanla əməkdaşlığın genişlənəcəyinə ümid edir.
DJB.Az bildirir ki, bu barədə Trend-ə bankdan deyiblər.
AIIB-dən bildiriblər: "Biz həm suveren, həm də qeyri-suveren layihələrə açığıq. Bununla da biz həm Azərbaycan hökuməti, həm də onun özəl sektorundakı investorlarla dialoqu dəstəkləyə bilərik və dəstəkləyəcəyik. Transanadolu boru kəməri (TANAP) layihəsi Azərbaycanla əməkdaşlığımızın başlanğıcı oldu və biz ölkədə iş birliyimizin genişlənməsini səbirsizliklə gözləyirik".
Qeyd olunub ki, AIIB infrastruktur layihələrinin maliyyələşdirilməsində və irimiqyaslı layihələr üçün kapital toplanmasında maraqlıdır:
"Azərbaycanla bizim sektor siyasətimizə uyğun olan və Azərbaycan hökuməti üçün prioritet hesab olunan və ya infrastruktur və istehsalat sektorlarında potensialın artırılmasına xidmət edən sahələrdə əməkdaşlıq etməyə hazırıq".
Azərbaycanda ofis açılması məsələsinə gəldikdə isə bankdan bildiriblər ki, ofıs açılmazdan öncə ilk növbədə əməkdaşlığın inkişafına diqqət ayrılması planlaşdırılır.
Ayxan Rəsul
Oxunub: 839