Dövlət büdcəsində dürüstləşdirmə nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
O bildirib ki, yaxın zamanlarda bununla bağlı komitənin iclası olacaq və orada 2018-ci ilin büdcəsində dürüstləşdirmə məsələsi müzakirə olunacaq.
“Dövlət büdcəsində dürüstləşdirmə, dəyişiklik nəzərdə tutulur. Bu da neftin qiyməti ilə bağlıdır”, -deyə komitə sədri əlavə edib.