dini radikalizm və ekstremizmlə mübarizə

"Qarabağ" - "Hakken" oyununa 18700 bilet satılıb

"Qarabağ" - "Hakken" oyununa 18700 bilet satılıb
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İsveçin "Hekken" komandaları arasında keçiriləcək oyun üçün satılmış biletlərin sayı açıqlanıb.

Ağdam klubunun mətbuat xidmətindən verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matça indiyədək 18700 bilet satılıb.

Biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, dekabrın 14-də oynanılacaq “Qarabağ” – “Hekken” görüşü saat 21:45-də başlayacaq.

Oxunub: 298
Oxşar xəbərlər
SON XƏBƏRLƏR