dini radikalizm və ekstremizmlə mübarizə

Avropada günün maraqlı futbol qarşılaşmaları: Premyer Liqada çempion müəyyənləşə bilər - AFİŞA



Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.

İngiltərə Premyer Liqasında çempion müəyyənləşə bilər.

“Dumanlı Albion”da lider “Mançester Siti”nin ən yaxın izləyicisi “Arsenal” səfərdə “Nottinqem”ə uduzsa, “şəhərlilər”in çempionluğu rəsmiləşəcək. Hazırda bu komandaları 4 xal ayırır. “Topçular”ın məğlubiyyəti qalan 1 turda “Mançester Siti”ni onlar üçün əlçatmaz edəcək. “Nottinqem” - “Arsenal” qarşılaşması saat 20:30-da (Bütün saatlar Bakı vaxtı ilə göstərilib - red.) başlayacaq.

Premyer Liqada bu gün, həmçinin, “Tottenhem” - “Brentford”, “Bornmut” - “Mançester Yunayted” və “Liverpul” - “Aston Villa” matçları keçiriləcək ki, hər üç matç avrokubok iştirakçılarının dəqiqləşməsi baxımından əhəmiyyət kəsb edir.

Fransa Liqa 1-də “Marsel” “Lill”in qonağı olacaq. Hazırda marsellilər 73 xalla 3-cü pillədədirlər və nəzəri olaraq çempionluq şanslarını qoruyurlar.

Almaniya Bundesliqasında lider “Bavariya” “Leyptsiq”i sınağa çəkəcək. Matçın start fiti saat 20:30-da səslənəcək.

İtaliya A Seriyasında avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Atalanta” liqada yerini qorumağa çalışan “Verona”nı qonaq edəcək. Oyun saat 20:00-da başlayacaq. Çempionlar Liqasına vəsiqə əldə etmək istəyən “Milan” isə elita ilə vidalaşan “Sampdoriya”nı qəbul edəcək. Bu matç saat 22:45-də start götürəcək.

İspaniya La Liqasında “Barselona” çempionluğu rəsmiləşdirdikdən sonra ilk ev oyununa çıxacaq. Kataloniyalılar saat 23:00-da “Kamp Nou”da “Real Sosyedad”ı sınağa çəkəcəklər.

Türkiyə Super Liqasında lider “Qalatasaray” “Sivasspor”u qəbul edəcək. Matç saat 20:00-da başlayacaq.

Avropada günün maraqlı futbol oyunları

20 may

İngiltərə Premyer Liqası

15:30. “Tottenhem” - “Brentford”

18:00. “Bornmut” - “Mançester Yunayted”

18:00. “Liverpul” - “Aston Villa”
20:30. “Nottinqem” - “Arsenal”

Fransa Liqa 1

23:00. “Lill” - “Marsel”

Almaniya Bundesliqası

20:30. “Bavariya” - “Leyptsiq”

İtaliya A Seriyası

20:00. “Atalanta” - “Verona”

22:45. “Milan” - “Sampdoriya”

İspaniya La Liqası

23:00. “Barselona” - “Real Sosyedad”

Türkiyə Super Liqası

20:00. “Qalatasaray” - “Sivasspor”

Oxunub: 154
Oxşar xəbərlər
SON XƏBƏRLƏR