dini radikalizm və ekstremizmlə mübarizə

“CBC Sport”da nə baş verir? - Kütləvi ixtisarlar başladı

“CBC Sport”da nə baş verir? - Kütləvi ixtisarlar başladı


“CBC Sport” kanalında işçilər kütləvi şəkildə ixtisar edilib.

Bu barədə işdən çıxarılan əməkdaşlar məlumat veriblər. Qeyd edilib ki, ilkin olaraq kanalın əsas departamentlərindən biri olan “Program Production” ləğv edilib, 12 əməkdaş işsiz qalıb.

Əməkdaşlar qanunsuz formada vəzifədən azad edildiklərini iddia edirlər. Belə ki, əksər işçilərin xidməti müqaviləsinə vaxtından əvvəl, öz razılıqları olmadan, heç bir xəbərdarlıq edilmədən xitam verilib. Onlar işdən çıxarıldıqlarını yalnız bu gün ofisdə olanda biliblər.

Rəhbərlik işçilərlə görüşmədən, tələsik olaraq onlarla yollarını ayırıb. Əlavə edilib ki, bu, son deyil. Digər departamentlərdə də bənzər işdənçıxarılmaların olacağı anonsu verilib.

Məlumat üçün bildirək ki, son günlər “CBC Sport”un rəhbəri Volkan Üst və digər rəhbər şəxslərin kanaldan ayrılacağı ilə bağlı informasiya yayılmışdı. Bu xəbərdən sonra isə rəhbərlik tərəfindən sıravi əməkdaşların vəzifədən azad edilməyi xeyli suallar yaradıb.

Məsələ ilə bağlı Volkan Üstlə əlaqə saxladıq. O, kütləvi ixtisarlarla bağlı xəbəri təsdiq edib: “Strukturda bəzi dəyişikliklər etdik”.

Kanal rəhbəri digər iddialara şərh vermək istəməyib.

Xatırladaq ki, Volkan Üst “CBC Sport” kanalına 2016-cı ildən rəhbərlik edir.

“Qafqazinfo”

Oxunub: 214
Oxşar xəbərlər
SON XƏBƏRLƏR