dini radikalizm və ekstremizmlə mübarizə

Həbib Nurmaqomedov koronavirusla əlaqədar ABŞ-dan Rusiyaya qayıdıb

Həbib Nurmaqomedov koronavirusla əlaqədar ABŞ-dan Rusiyaya qayıdıb

UFC üzrə rusiyalı çempion Həbib Nurmaqomedov koronavirusla bağlı yaranmış vəziyyətə görə ABŞ-dan Rusiyaya qayıdıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

Onun sözlərinə görə, Həbibin Toni Ferqyusona qarşı duelə hazırlaşdığı idman zalı koronavirusla əlaqədar yerli hakimiyyət tərəfindən bağlanıb: “Hazırda idmançı və komandası vətənə dönüb”.

Qeyd edək ki, bir qədər əvvəl Nurmaqomedovla Ferqyuson arasında planlaşdırılan döyüşün ABŞ-da olmayacağı ehtimal edilirdi. Eyni zamanda qarşılaşmanın keçiriləcəyi mümkün məkanlardan biri kimi Rusiyanın adı hallandırılırdı.

Oxunub: 564
Oxşar xəbərlər
SON XƏBƏRLƏR