dini radikalizm və ekstremizmlə mübarizə

"Liverpul" 128 illik tarixində ilk dəfə bütün komandaları məğlub edib

"Liverpul" 128 illik tarixində ilk dəfə bütün komandaları məğlub edib

İngiltərə Premyer Liqasında XVIII turdan təxirə salınmış oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, lider "Liverpul" Londonda "Vest Hem"in qonağı olub.

Cari mövsüm Premyer Liqada məğlubiyyətsiz irəliləyən "qırmızılar" çempionluq yolunda daha bir önəmli addım atıblar. Qonaq komanda hər hissədə bir qol vuraraq, meydanı qalib tərk edib.

24 turdan sonra xallarının sayını 70-ə çatdıran Yurgen Kloppun kollektivi ən yaxın izləyicisi "Mançester Siti" ilə aradakı xal fərqini 19-a yüksəldib. "Vest Hem" isə 23 xalla 17-ci pillədə qərarlaşıb.

Bununla "Liverpul" 128 illik tarixində ilk dəfə bir mövsüm ərzində çempionatdakı bütün komandaları məğlub etməyi bacarıb.

İngiltərə Premyer Liqası
XVIII turdan təxirə salınan oyun
29 yanvar
"Vest Hem" - "Liverpul" - 0:2
Salah, 35 (pen.); Oksleyd-Çamberlayn, 52

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR