dini radikalizm və ekstremizmlə mübarizə

Qurban Qurbanov: "APOEL-ə qarşı psixoloji çətinlik də var idi"

Qurban Qurbanov: "APOEL-ə qarşı psixoloji çətinlik də var idi"

"Çox maraqlı oyun oldu. Həm yaxşı mübarizə, həm də yaxşı qollar izlədik".

APA-nın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda Kiprin APOEL klubu ilə 2:2 hesablı heç-heçəni şərh edib. Azərbaycan çempionu bildirib ki, oyun yaxşı alınsa da, sonda qələbə çatmayıb: "Futbolçularımdan razı qaldım. Bu oyun komandaya çox şey verdi. Hesabda geri düşsək də, axıradək soyuqqanlı oynadıq. Onları təbrik edirəm. Möhtəşəm azarkeşlərimiz var idi. Bu gün tam birlik gördüm. Epizodları sağa-sola xərcləmirdik. Sadəcə, rəqibin müdafiədəki oyununu nəzərə almaq lazımdır. 1-2 epizodu çıxmaqla qalan imkanlar mübarizə şəraitində keçir. O halda dəqiq zərbə vurmaq asan deyil. Elə matçlar olur ki, çoxlu qol imkanlarına baxmayaraq, hansısa komanda uduzur. Yaxşı kombinasiyalar qurduq, qol epizodları yaratdıq. Mən ümidliyəm".

O, hesabdan narazı qalmadığını da sözlərinə əlavə edib: "Oyunun gedişatını götürsək və hesabda geri düşdüyümüzü nəzərə alsaq, razı qaldım. Bu rəqiblə son matçda çoxlu qol imkanlarına baxmayaraq, uduzmuşduq. Bu gün də oyuna nəzarət edirdik, ancaq hesabda geri düşdük və geridönüş etmək çətin idi. Başqa komandaya qarşı bəlkə də, asan olardı, ancaq bu rəqibə qarşı psixoloji çətinlik də var idi"

Q. Qurbanov APOEL-lə səfər oyunu barədə də danışıb: "Evdə nə qədər soyuqqanlı idiksə, səfərdə daha da soyuqqanlı olmalıyıq. Rəqib çox kobud oynayırdı. Səfərdə daha aqressiv olmalıyıq və oyun intizamını saxlamalıyıq. Bu rəqibin çox açılacağını düşünmürəm. Onların oyun üslubu belədir. Bakıdakı əvvəlki matçda fərqli çıxış etmişdilər, bu dəfə 5 müdafiəçi ilə oynadılar. Düşünmürəm ki, çox boşluq versinlər. Hər bir imkandan istifadə etməyə çalışacağıq. Əvvəl dediyim fikirlərimdə qalıram. Görünən odur ki, hər şey son oyunda bəlli olacaq. Bu gün öndəyiksə, çalışacağıq ki, bunu qoruyub saxlayaq. Hansısa komandanın daha şanslı olduğunu deyə bilmərəm".

Oxunub: 597
Oxşar xəbərlər
SON XƏBƏRLƏR