Braziliyada təşkil olunan Amerika kubokunda qrup mərhələsinin iki oyunu keçirilib.
APA-nın məlumatına görə, baş tutan qarşılaşmalarla B qrupunda mübarizəyə yekun vurulub.
Ardıcıl 3-cü qələbəsini Paraqvayla matçda qazanan Kolumbiya 1/4 finala itkisiz çıxıb. İlk qələbəsini əldə edən Argentina Qətərlə görüşdə qazanılan 3 xal hesabına ikinci yeri tutub. Argentina 1/4 finalda Venesuela ilə görüşəcək.
Kolumbiya və Argentina kimi Peru da 1/4 finala çıxıb. Sonuncular qrup üçüncülərindən biri kimi buna nail olub.
Amerika kuboku
B qrupu, III tur
23 iyun
Qətər – Argentina – 0:2
Martines, 4, Aquero, 82
Kolumbiya – Paraqvay – 1:0
Kuelyar, 31
Oxunub: 624