Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Sonuncu - 8-ci pillədə qərarlaşan Sumqayıt evdə Keşlə-nin müqavimətini qırmağa çalışacaq. Son vaxtlar qələbə qazana bilməyən meydan sahiblərinin 17, yeddinci pillədəki Keşlə-nin isə 19 xalı var. Paytaxt klubu rəqibinə qarşı son 16 çempionat matçının hamısında qol vurmağı bacarıb. Ardıcıl yeddi oyunda isə hər iki kollektiv fərqlənə bilib. Premyer Liqadakı 27 oyunun 14-də qonaqlar, 6-da isə meydan sahibləri qələbə sevinci yaşayıb. Topların fərqində də Keşlə-nin aşkar üstünlüyü var - 43:26. Birinci dövrədə Sumqayıt, digər iki dövrədəki matçlarda isə Keşlə meydanı 3 xalla tərk edib.
Günün digər oyununda çempionluğa iddialı Neftçi Zirə-ni qəbul edəcək. Qarabağ-la birlikdə 48 xalı olan flaqman hazırda 1-2-ci yerləri bölüşdürür. Qəsəbə təmsilçisi isə 22 xalla 6-cıdır. Komandalar çempionatda indiyədək 15 dəfə qarşılaşıblar və görüşlərin 2-də Neftçi, 8-də isə Zirə qələbə qazanıb. Topların fərqində də qəsəbə komandasının üstünlüyü var - 18:11. Buna baxmayaraq Zirə rəqibinə qarşı son beş oyunda qələbə qazana bilməyib. Flaqman isə evdə keçirdiyi görüşlərin heç birində qələbə sevinci yaşamayıb. Birinci dövrədəki oyunda Neftçi qələbə qazanıbsa, digər iki dövrədəki matçlar heç-heçə bitib.
Tura sabah keçiriləcək Qəbələ - Qarabağ və Sabah - Səbail oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, XXIII tur
6 aprel (şənbə)
16:00 . Sumqayıt - Keşlə
Kapital Bank Arena.
18:00. Neftçi - Zirə
Bakcell Arena.