İtaliya A seriyasının XXVIII turunda “Yuventus” səfərdə “Cenoa” ilə qarşılaşıb.
Djb.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu, Turin klubunun cari mövsümdə ilk məğlubiyyəti olub. Bu matça qədər “qoca sinyora” sonuncu dəfə ötən ilin aprel ayında “Napoli”yə məğlub olmuşdu.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, “Yuve” turnir cədvəlindəki inamlı liderliyini davam etdirir.