FIFA prezidenti Canni İnfantino 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirakçı ölkələrin sayının artırılmasının mümkünlüyünə münasibət bildirib.
"Report"un məlumatına görə, ali futbol qurumunun rəhbəri belə bir variantı nəzərdən keçridiklərini açıqlayıb. Lakin o, vəziyyəti dəyərləndirmələrinin vacibliyini vurğulayıb: "Biz komanda sayını 32-dən 48-ə qaldırmağı qərara almışıq. Bu yenilik 2026-cı ildən qüvvəyə minəcək. Lakin belə variantın 2022-ci ildə də gerçəkləşməsinin mümkünlüyünü nəzərdən keçiririk. Bunu həyata keçirmək realdırsa, niyə də yox?! Biz bir qiymətləndirmə aparmalıyıq. Artıq qətərli dostlarımız və regionun digər nümayəndələri ilə bu mövzunun müzakirəsi gedir. Ümidvarıq ki, ideyanı həyata keçirə biləcəyik".
Qeyd edək ki, 32 komandalı hazırkı formatda dünya çempionatı 1998-ci ildən keçirilir.